SOCAR “Comstock”un aktivlərində payları 1,65 milyard ABŞ dollarına alır

SOCAR və “Comstock Resources” aktivlərdə payların alınması ilə bağlı çərçivə sazişi bağlayıb. Sövdələşmənin dəyəri 1,65 milyard ABŞ dollarıdır.

SOCAR “Comstock”un aktivlərində payları 1,65 milyard ABŞ dollarına alır
Foto: MarketScreener

SOCAR ABŞ-ın “Comstock Resources” şirkətinin aktivlərində payları 1,65 milyard ABŞ dollarına alır. Bu barədə BusinessTime “MarketScreener”ə istinadən xəbər verir.

“Comstock Resources” Azərbaycanın dövlət neft-qaz şirkəti ilə bununla bağlı çərçivə sazişi bağlayıb.

Mənbədə alınan payların həcmi və sövdələşmənin digər şərtləri açıqlanmır.