İş adamı Abdullayev şirkətdəki 33%-lik payını geri götürərək ayrıldı
Azərbaycanda gübrələrin təchizatı ilə məşğul olan şirkət “Azerbaijan Fertilizers Company” MMC nizamnamə kapitalının azaldıldığını elan edib.
Şirkətin rəsmi elanına əsasən, təsisçi Abdullayev Adnan İlqar oğlu notarial qaydada təsdiq edilmiş ərizəsi ilə cəmiyyətdəki 50 manat dəyərində payını geri götürüb.
Bunun nəticəsində “Azerbaijan Fertilizers Company” MMC-nin (VÖEN: 1505134201) nizamnamə kapitalı 150 manatdan 100 manata endirilir.
Elanda bildirilir ki, nizamnamə kapitalının azaldılması ilə bağlı kreditorlar tələblərini elan dərc edildiyi tarixdən etibarən bir ay ərzində Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi, ev 19/21, mənzil 16 ünvanına təqdim edə bilərlər.
“Azerbaijan Fertilizers Company” MMC Azərbaycanda gübrələrin təchizatı ilə məşğul olan şirkətdir və Aqrar Kredit və İnkişaf Agentliyinin akkreditə olunmuş gübrə təchizatçıları siyahısına daxildir. (banker.az)


