“İsra Tour” şirkətinin təqdimat mərasimi keçirilib - FOTOLAR

“İsra Tour” şirkətinin təqdimat mərasimi keçirilib

Azərbaycanda yeni fəaliyyətə başlayan “İsra Tour” şirkətinin rəsmi təqdimat mərasimi keçirilib. Tədbirdə ziyalılar, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Mərasim zamanı şirkətin rəhbəri Xəyal Həsənov şirkətin fəaliyyət istiqamətləri, strateji hədəfləri və gələcək planları barədə ətraflı məlumat verib. Bildirilib ki, şirkətin əsas məqsədi vətəndaşlara yüksək səviyyəli, etibarlı və təşkilatlanmış dini turizm xidmətləri göstərməkdir.

Çıxış edən natiqlər dini turizmin cəmiyyət üçün əhəmiyyətindən bəhs edərək yeni yaradılmış şirkətə fəaliyyətində uğurlar arzulayıblar və təşəbbüsü yüksək qiymətləndiriblər.

Qeyd edək ki, “İsra Tour” dini turizm sahəsində fəaliyyət göstərir və əsasən Məşhəd, Kərbəla və Ümrə ziyarətlərinin təşkilini həyata keçirir. Şirkət ziyarətçilərə peşəkar xidmət və yüksək təşkilati səviyyə vəd edir.

Daha ətraflı məlumat üçün zəng edə bilərsiniz.
050 212 41 80

İnstagram
https://www.instagram.com/athar_tour?igsh=OGZjZGl4M2MwNmVq&utm_source=qr

Tiktok
https://www.tiktok.com/@isra_tour?_r=1&_t=ZS-93FtJXHejQa