LIV Bona Dea Hospitalı məhkəməyə verildi
“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli LIV Bona Dea Hospitalını məhkəməyə verib.
Bu barədə Nigar Köçərli özü məlumat verib.
O qeyd edib ki, artıq proseslərə başlayıb və vəkil Zibeydə Zəkəriyyeva onun hüquqlarını müdafiə edəcək.
Qeyd edək ki, N.Köçərli bir neçə gün öncə sosial media hesabında paylaşım edərək “Liv Bona Dea” xəstəxanasından şikayət etmişdi.

