“Mastercard”ın Azərbaycan üzrə rəhbəri dəyişdi
“Mastercard”ın Türkiyə və Azərbaycan üzrə rəhbəri dəyişib.
Bu barədə “Mastercard”dan bildirilib.
Məlumata görə, şirkətin Türkiyə və Azərbaycan üzrə baş meneceri Avşar Gürdal Şərqi Avropa, Yaxın Şərq və Afrika (EEEMA) üzrə strategiya, birləşmə və satınalmalar və analitika üzrə prezidentin baş köməkçisi təyin edilib. Onu bu vəzifədə 2022-ci ildən "Mastercard Türkiye" şirkətində Müştəri əlaqələrinin idarə edilməsi üzrə baş direktorun müavini vəzifəsində çalışan Onur Faydacı əvəz edib.
O.Faydacı 2025-ci il oktyabrın 1-dən yeni vəzifəsində Mastercard-ın strateji prioritetlərini hər iki bazarda həyata keçirərək şirkətin mövqeyini daha da gücləndirmək istiqamətində Türkiyə və Azərbaycanda əməliyyatlar və performansın idarə edilməsinə məsul olacaq.
Avşar Gürdal isə Şərqi Avropa, Yaxın Şərq və Afrika (EEEMA) regionunda strategiyanın dizaynı və icrası, strateji prioritetlərin həyata keçirilməsini dəstəkləmək üçün investisiya imkanlarının qiymətləndirilməsi və analitik funksiyaların idarə edilməsinə cavabdeh olacaq.

