Avropa Şurasının və Avropa İttifaqının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq III Proqramı (PGG III) çərçivəsində həyata keçirilən “Azərbaycanda mediasiyanın təşviqi” Layihəsi çərçivəsində mediatorlar üçün “Mediatorların peşə bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda iki günlük seminarın açılış mərasimi keçirilib.
Açılışda Avropa Şurasının Bakıdakı ofisinin rəhbər müavini Aslıhan Özdemir, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Vəkillərin və mediatorların tədrisi fakültəsinin dekan müavini Günel Sadıqova iştirak edib.
Salamlama nitqi ilə çıxış edən Nadir Adilov mediatorların mediasiya sahəsində professional bacarıqlarının inkişafında, yeni effektiv metodların və digər ölkələrin mediasiya təcrübələrindəki yeniliklərin mənimsənilməsində bu cür təlimlərin böyük əhəmiyyəti var.
30 nəfər mediatorun iştirak etdiyi təlimi milli mediasiya təlimçiləri Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association üzvü, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədrinin müavini Natəvan Rüstəmova və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Mediasiya Şurasının üzvü, Bakı 15 saylı Mediasiya təşkilatının rəhbəri Qasım Şaliyev aparıb.
Təlimçilər mediasiya bacarıqlarının inkişafı üzrə alətlər dəsti, mediasiya üzrə normayaratma barədə Avropa vəsaiti, mübahisələrin onlayn alternativ həllinə dair rəhbər prinsiplər barədə məlumatlar veriblər.