Onlar Azərbaycanın prespektivini daha yaxşı görürürlər

Onlar Azərbaycanın prespektivini daha yaxşı görürürlər
Naxçıvanda keçirilən "Diaspor Gənclərinin IV Yay Düşərgəsi"ndə gənclərlə maraqlı görüşümüz oldu. "Diaspor üçün bir ideyam var" panelində texnologiya sahəsində ətraflı və faydalı söhbət etdik, gənclərin maraqlı fikirlərini dinlədik. Bu gənclər arasında Startapı olan gənclərimiz də vardı, #İT sahəsində təhsil alan da. Həmçinin də bir çox gəncimiz öz yenilikçi ideyası barədə danışdı.
İnteraktiv müzakirədə innovasiyalar və müasir texnologiyaların imkanlarını diaspor quruculuğunda tətbiq etmək, bu istiqamətdə yenilikçi və perspektivli ideyaların təşviqi və yeni yanaşmanı ortaya qoyan layihələrin dəstəklənməsi barədə, həmçinin dövlətimizin bu istiqamətdə yaratdığı imkanlar barədə ətraflı danışdım. 
Bir çox gənclə individual görüşlərim oldu, onlar məni heyrətə saldılar. Çünki onlar Azərbaycanın prespektivini daha yaxşı görürürlər, Azərbaycanı yaşadıqları ölkə ilə müqaisələr edirdilər və o qədər doğru kriteriyalar üzərindən nümunələr verirdilər ki, hər biri çox savadlı, ağıllı gənclər idi. Mən də uşaqlıq və gənclik dövrümün 15 ilini xaricdə keçirən bir Azərbaycanlı kimi qurur duydum onlarla. Onlar Azərbaycana qayıtmaq burada yaşamaq istəyirlər və bu sadəcə bir istək deyildi, düşünülmüş, arqurmentləşdirilmiş, müqayisəli meyarlar üzərindən ifadə oluna bilinən fikirlərlə danışırdılar. O qədər qürurluyam ki, deyiləcək çox şey var amma statusluq deyil. Dönək mövzuya.
Maraqlı faydalı, əyləncəli, həyəcanlı görüş oldu. Moderator Cahid müəllim idi, speakerlər isə mən, Rəşad və Vüsal idi. Hər bir çox dəyərli, faydalı və öz işlərində peşəkar yoldaşlardır. Sözün qısası gənclər məmnun, biz məmnun. Gözəl xatirələrlə ayrıldım qədim diyarımız Naxçıvandan.
Qeyd edək ki, Diaspor Gənclərinin IV Yay Düşərgəsi ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Düşərgə Diasporla İş üzrə Dövlət Komitəsi ilə Heydar Əliyev Fondunun birgə təşkilatçılığı ilə təşkil olunub.

AİKTSA sədri Elvin Abbasov