Məşhur avtoservis borca düşdü

Məşhur avtoservis borca düşdü

“JLR AUTO” MMC-nin vergi borcu yaranıb.

BusinessTime bildirir ki, Plat.az bu barədə kommersiya qurumlarının dövlət reyestri məlumatlarına istinadən xəbər verir.

Belə ki, 3 avqust tarixinə şirkətin vergi borcu 10 min 749 manat təşkil edir. 

Qeyd edək ki, “JLR AUTO”nun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Səbinə Pirverdiyeva Ələsgər qızıdır. 

Şirkət Bakıda "Jaguar" və "Land Rover" avtomobil modellərinə texniki xidmətin göstərilməsi ilə məşğuldur.