"Meta" ev işlərini görən robotlar hazırlayan şirkəti aldı

"Meta" ev işlərini görən robotlar hazırlayan şirkəti aldı

"Meta" insana bənzər robot texnologiyaları hazırlayan “Assured Robot Intelligence” şirkətini satın alıb.

Valyuta.az xəbər verir ki, "Meta" insana bənzər robot texnologiyaları üzərində çalışan Assured Robot Intelligence (ARI) şirkətini satın alıb. Razılaşmanın maliyyə detalları açıqlanmayıb.

Məlumata görə, ARI robotların insan davranışlarını anlaması, proqnozlaşdırması və mürəkkəb mühitlərə uyğunlaşması üçün “foundation model” əsaslı sistemlər hazırlayır. Şirkət əsasən ev işləri kimi fiziki tapşırıqları yerinə yetirə bilən insana bənzər robotların inkişafına fokuslanıb. Startap daha əvvəl süni intellekt yönümlü investisiya şirkəti "AIX Ventures" tərəfindən ilkin maliyyə dəstəyi alıb.

Satınalma çərçivəsində ARI-nin həmtəsisçiləri "Xiaolong Wang və Lerrel Pinto" da daxil olmaqla bütün komanda Meta-nın “Superintelligence Labs” adlı süni intellekt tədqiqat bölməsinə qoşulacaq.