"MİDA" bu ərazidə uşaq bağçası tikdirəcək - 2,3 milyonluq layihə

"MİDA" bu ərazidə uşaq bağçası tikdirəcək

"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi"nin tabeliyində olan "MİDA" MMC tender elan edib.

Valyuta.az xəbər verir ki, tender Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 4,5 hektarlıq ərazidə 2 mərtəbəli, 80 yerlik uşaq bağçasının tikintisini nəzərdə tutur.

Layihənin ehtimal olunan dəyəri 2.390.218,90 manat təşkil edir.

Tender təkliflərinin son təqdim olunma tarixi 2 dekabr tarixidir.