Miles&Smiles PASHA Bank kartları üzrə "Bizdə bu yay hər şey ikiqat!" kampaniyasına start verilir
Bu yay Miles&Smiles PASHA Bank kart sahiblərinə daha çox mil, daha çox imtiyaz və daha çox səyahət fürsəti qazandıran "Bizdə bu yay hər şey ikiqat!" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər gündəlik ödənişlərindən daha çox fayda əldə edərək yay səyahətlərini daha sərfəli və üstünlüklərlə dolu edə biləcəklər.
15 iyul - 15 sentyabr tarixlərini əhatə edən kampaniya müddətində bütün Miles&Smiles PASHA Bank kart sahibləri xarici ölkələrdə və bankın tərəfdaş restoranlarında həyata keçirilən ödənişlərə görə ikiqat mil qazanacaqlar. Beləliklə, kart sahibləri gündəlik xərclərini daha sürətlə yeni səyahət imkanlarına çevirə biləcəklər.
Bununla yanaşı, kampaniya müddətində yeni Miles&Smiles PASHA Bank kartı əldə edən və ya müddəti bitmiş kartını yeniləyən müştərilər üçün əlavə imtiyazlar da nəzərdə tutulub. Kampaniya çərçivəsində onlara standart tarif üzrə ikiqat xoşgəldin milləri təqdim olunacaq, kampaniya şərtlərini tam yerinə yetirən müştərilər isə kartın növündən asılı olaraq 5 000, 10 000 və ya 15 000 bonus mil qazanacaqlar.
Kampaniya şərtləri haqqında daha ətraflı məlumat almaq üçün bu linkə keçid edin. "Bizdə bu yay hər şey ikiqat!" kampaniyası bütün Miles&Smiles PASHA Bank kartları üçün keçərlidir.
Xatırladaq ki, PAŞA Bank dünyanın ən böyük aviaşirkətlərindən biri olan Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq çərçivəsində təqdim etdiyi Miles&Smiles PASHA Bank kartları vasitəsilə müştərilərinə gündəlik əməliyyatlarını səyahət üstünlüklərinə çevirmək imkanı yaradır. 2019-cu ildə Azərbaycan bazarında təqdim edilən bu məhsul ölkədə gündəlik alış-veriş və ödənişlər hesabına uçuş milləri qazanmağa imkan verən ilk yerli kart həllərindən biri olub. Kart sahibləri topladıqları millərdən Türk Hava Yollarının uçuş şəbəkəsinə daxil olan istənilən istiqamət üzrə, mövcud şərtlərə uyğun olaraq, aviabiletlərin əldə edilməsi və Miles&Smiles loyallıq proqramı çərçivəsində təqdim olunan digər üstünlüklərdən yararlanmaq üçün istifadə edə bilirlər.


