MÜSİAD Bakıda beynəlxalq forum təşkil edib
Bakıda MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə Qida və Kənd Təsərrüfatı Forumu keçirilib.
Gorumun açılış mərasimində MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli çıxış edib, MÜSİAD tərəfindən görülən işlərlə bağlı geniş məlumat verib.
Sonra Türkiyənin Azərbaycanda olan fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Kənd Təsərrüfatı Nazirinin müavini İlhamə Qədimova, KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov və MÜSİAD Qida və Kənd təsərrüfatı sektoru komissiyasının sədri Cemal Özen çıxış edərək forumun əhəmiyyətinə toxunublar.
Türkiyədən 50-ə yaxın iş adamının iştirak etdiyi forumda, investorlar Azərbaycanda, fəaliyyət sahələrinə uyğun sahibkarlarla görüşüb bu sektorda ölkəyə investisiya imkanlarının artırılmasını müzakirə ediblər.
Forumun media sponsoru, TurkicWorld (Türk Dünyası) media platformasıdır.