“Nar” həyata keçirdiyi layihələrə 2.4 milyon manatdan çox vəsait ayırıb

“Nar” həyata keçirdiyi layihələrə 2.4 milyon manatdan çox vəsait ayırıb

“Nar” Laçın şəhərində satış və xidmət mərkəzini təqdim edən ilk operator olub. Abunəçilərinə daha yaxın olmaq məqsədilə, “Nar” qısa zamanda Şuşa, Xankəndi, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Füzuli, Tərtər və Ağdam şəhərlərinin öz əhatə dairəsinə daxil edilməsinə nail olub.

Bu sözləri “Nar” mobil operatorunun baş direktoru Gunnar Pahnke şirkətin 2023-cü il üzrə hesabat tədbirində deyib.

O bildirib ki, “Nar” 2023-cü ildə korporativ sosial məsuliyyət strategiyası çərçivəsində 30 sosial təşəbbüsün gerçəkləşdirilməsinə dəstək olub. Operator ötən il həyata keçirdiyi layihələrə 2.4 milyon manatdan çox vəsait ayırıb. “Nar”ın davamlı olaraq həyata keçirdiyi “Jest dili.az” sosial layihəsi Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası tərəfindən “Korporativ məsuliyyət” istiqamətində ən uğurlu layihə olaraq “Qızıl Dünya Mükafatı”na layiq görülüb.