“Nar” Kitab Gününü Salyanda qeyd etdi

“Nar” Kitab Gününü Salyanda qeyd etdi

Sərfəli mobil operator “Nar” 23 aprel Beynəlxalq Kitab Günü münasibətilə ölkənin bölgələrində maarifləndirici təşəbbüslərini davam etdirərək növbəti layihəsini uğurla həyata keçirib.

Salyan rayonunun Sarvan kəndində yerləşən İsfəndiyar Həsənov adına Sarvan kənd tam orta məktəbində yazıçılar Günel Əkbər və Amin Orucun iştirakı ilə şagirdlərlə görüş baş tutub.

“Parlaq İmzalar” nəşriyyatının təşkilatçılığı ilə həyata keçirilən görüş zamanı məktəblilərlə mütaliənin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb və müəlliflərlə birbaşa ünsiyyət qurmaq imkanı yaradılıb. Tədbirin əsas məqsədi şagirdlər arasında oxu vərdişlərini təşviq etmək və maarifləndirici mühiti gücləndirmək olub. Eyni zamanda, şagirdlər üçün intellektual və əyləncəli masaüstü oyunlar təşkil edilib ki, bu da onların həm məntiqi düşüncə bacarıqlarının inkişafına, həm də asudə vaxtlarının səmərəli keçirilməsinə töhfə verib.

Qeyd edək ki, Azərbaycanın bölgələrini daim fəaliyyətinin mərkəzində saxlayan “Nar” təhsil və maarifləndirmə istiqamətində həyata keçirdiyi sosial məsuliyyət (KSM) layihələri ilə gənclərin inkişafına davamlı töhfə verir. Şirkət bu cür təşəbbüslərlə cəmiyyətin müxtəlif təbəqələri üçün əlçatan təhsil imkanlarının genişləndirilməsini dəstəkləyir.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.