Nazirlik 800 min manatlıq peyvənd alır
Səhiyyə Nazirliyi tabeliyində Səhiyyənin Təminat Mərkəzi peyvənd satınalınması ilə bağlı hazırlıqları yekunlaşdırıb.
İqtisadiyyat.az bu barədə nazirlikdən məlumat əldə edib.
Belə ki, qripə qarşı peyvəndin satın alınması nəzərdə tutulub.
"Azəri Med" şirkəti peyvəndlərin alqı-satqısına 877 min 330 manat ödəniş təklif edib.
Hazırda təklif dəyərləndirmə mərhələsindədir və yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir.


