Nazirlik sanitar-gigiyena işlərinə 5 milyondan çox pul xərcləyəcək
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi sanitar-gigiyena xidmətlərinin göstərilməsi ilə bağlı elan etdiyi tenderin qalibi məlum olub.
İqtisadiyyat.az bu barədə nazirlikdən məlumat əldə edib.
Məlumata əsasən, qurumun elan etdiyi tenderin qalibi “Ecomedi” QSC olub.
Belə ki, tenderdə sanitar-gigiyena xidmətlərinin (deratizasiya, dezinseksiya və dezinfeksiya) göstərilməsinin satınalınması nəzərdə tutulur.
Bu xidmətlərin göstərilməsi 5 milyon 608 min 948 manata başa gələcək.

