Niyazi Əmirbəyov Hökumətlərarası Komissiyanın iclasına qatılıb
Belarusun paytaxtı Minsk şəhərində Belarus–Azərbaycan Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib.
"Agro Dairy" şirkətinin İdarə Heyətinin sədri Niyazi Əmirbəyov ölkəmizin nümayəndə heyətinin tərkibində Hökumətlərarası Komissiyanın iclasında iştirak edib.
Rəsmi görüşün ardınca hökumət nümayəndələrinin və iş adamlarının iştirakı ilə Azərbaycan–Belarus Biznes Forumu baş tutub. AZPROMO və Belarus Ticarət-Sənaye Palatasının birgə təşkilatçılığı ilə keçirilən forum iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və qarşılıqlı investisiya imkanlarının müzakirəsinə həsr olunub. Müxtəlif sektorları təmsil edən 200-dən çox biznes nümayəndəsinin bir araya gəldiyi tədbirdə Azərbaycan tərəfindən kənd təsərrüfatı, qida sənayesi və digər strateji sahələrdə fəal olan 35 şirkət yer alıb.
Ölkəmizin aqrar və qida sənayesi sektorunu təmsil edən "Agro Dairy" şirkəti işgüzar müzakirələrdə və B2B görüşlərdə fəal tərəfdaş kimi çıxış edib. Şirkətimizin nüfuzlu platformalarda təmsil olunması aqrar sahədə regional əməkdaşlıq coğrafiyamızın genişləndirilməsi və yeni birgə layihələrin dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.


