"PAŞA Holding"də "BVLGARI" şirkətinin nümayəndələri ilə görüş keçirilib - FOTOLAR
"PAŞA Holding" “Blue Planet”komandasının dəvəti ilə Bakıda səfərdə olan "BVLGARI" şirkətinin nümayəndələrini qəbul edib. Bu səfər "BVLGARI"nin Roma şəhərində yerləşən baş ofisindən nümayəndə heyətinin Azərbaycana ilk gəlişi olması ilə əlamətdar olub.
Səfər çərçivəsində nümayəndə heyəti Heydər Əliyev Mərkəzində keçirilən "High Jewelry Opera" Gala gecəsində iştirak edib. Tədbir brendin yerli bazarda davamlı inkişafını əks etdirib.
Səfər həmçinin "Port Baku Business Center"də yerləşən "PAŞA Holding"in ofisində keçirilən görüşlə davam edib. Görüş zamanı şirkətlər arasında təxminən iyirmi illik əməkdaşlıq tarixi, gələcək inkişaf imkanları, "PAŞA Holding"in mövcud və planlaşdırılan layihələri, eləcə də bazarın və regionun ümumi vəziyyəti müzakirə olunub.
Benjamin Beaufils (Avropa üzrə İdarəedici Direktor) və Renato Munafónun (İtaliya və Türkiyə üzrə İdarəedici Direktor) rəhbərlik etdiyi nümayəndə heyəti "PAŞA Holding"in Baş İcraçı Direktoru Jalal Gasimov, "Blue Planet Distribution"un Baş İcraçı Direktoru Mehriban Axundova, "PASHA Real Estate Group"un Baş Kommersiya Direktoru Elçin Qədimov və "Ventures Group"un İcraçı Direktoru Elnur Əmikişiyev tərəfindən qəbul edilib.


