Qadınlar üçün reabilitasiya mərkəzi açılır

Qadınlar üçün reabilitasiya mərkəzi açılır

Bu günlər mənim üçün xüsusi önəmlidir. Qadınlar üçün reabilitasiya mərkəzi açırıq — dəstək, güc və yeni ümid məkanı.

Bu mərkəzi Milli Məclisin deputatı olan bacım Qənirə Paşayevanın əziz xatirəsinə həsr edirəm.Onun xeyirxahlığı, insanlara sevgisi və kömək etmək istəyi hər zaman mənim üçün nümunə olub.

Qoy bu məkan hər bir qadının dayaq tapdığı, yenidən güc qazandığı, özünə inandığı və həyatında yeni səhifə açdığı bir yer olsun.

Sevgi, minnətdarlıq və dərin hörmətlə.Güclü bir qadının və gözəl insanın xatirəsinə.

Təranə PAŞAYEVA
Psixologiya üzrə fəlsəfə doktoru