“Qarabağ” Azərbaycan Kubokunun qalibi oldu

“Qarabağ” Azərbaycan Kubokunun qalibi oldu

Futbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.

“Liv Bona Dea Arena”da keçirilən final matçında “Qarabağ” və “Zirə” komandaları üz-üzə gəlib. Görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 42-ci dəqiqədə Olavio Juninyo açıb. 57-ci dəqiqə İsmayıl İbrahimli hesabı bərabərləşdirib. “Qarabağ”a kuboku qazandıran qola 62-ci dəqiqədə Abdullah Zubir imza atıb.

Bununla da Ağdam klubu 8-ci dəfə Azərbaycan Kubokunun qalibi olub.