Qurbanovun gücü hər dəfə həqiqət tərəfdə olmasıdır

Qurbanovun gücü hər dəfə həqiqət tərəfdə olmasıdır

90-cı illərin məhşur filmlərindən birisi olan "Брат" (filmində) az qala filmində özü qədər məhşur dialoq gedir. Filmin əsas qəhrəmanı olan Bodrov qardaşına sual verir ki, əsl güc nədədir, qardaş? Qardaşı da, cavab verir ki, əsl güc puldadır.

Dünən Azərbaycan futbol tarixinin ən vacib oyunun şahidi olduq. Oyunun gedişatını təkrar etməyəcəm, diqqəti hadisənin ən önəmli qəhrəmanına, Qurban Qurbanova cəmləmək istəyirəm. Burada bir rəhbər olaraq götürdüyüm dərsi sizinlə bölüşmək istəyirəm. 3 hadisəni danışmaq istəyirəm:

1. İl 2014. Qarabağ UEFA kubokunda İtaliyanın İnter komandası ilə oynayır. Komandamız oyunun sonunda təmiz qol vurur, hakimlər onu saymır deyə komandamız 1/8 finala çıxa bilmir. Hamı çok və üzgün olur.

Qurban Qurbanov nə deyir? Qərək elə oynayardıq ki, bu qol və oyuna qədər məsələləri həll edərdik və ehtiyac olmazdı. Yəni sayılmayan qola və hakimlik məsələsinə toxunsa da səhvi özündə də axtarır.

2. İl 2022. Qarabağ Konfrans Liqasında cavab oyununda Fransanın Olimpik Marsel komandası ilə oynayır. Oyunun birinci hissəsində İbrahim Vadji topu tora əli ilə daxil etsə də, bu, hakimlərin diqqətindən yayınıb. Konfrans Liqasında VAR sistemindən istifadə olunmadığı üçün matçın baş hakimi qolu qeydə alır. Qarşıdurma baş verir.

Qurban müəllim nə edir? İbrahima Vadjini yanına çağıraraq onunla söhbətləşdikdən sonra futbolçu qolu əli ilə vurduğunu hakimə etiraf edir və Polşalı referi məhz bundan sonra qolu ləğv edib.

3. İl 2024. Bu gün gecə baş verən hadisə. Daha doğru hadisədən sonra baş verənlər. Dünyanın ən yaxşı formda olan 5 komandasından biri ilə oyunda 10 nəfərlə mübarizə etdi və son dəqiqə qolu ilə məğlub oldu.

Qarabağın məşqçisinin oyundan sonraki müsahibəsindən sizcə nədən danışdı? Asanı "судью на мыло" ya digər qırağda səhv axtaran və özünə bəraət qazandırma texnikalarını istifadə etmək idi.

Qurban müəllim nə deyir?

- Böyük təcrübə oldu. Belə oyunlar həm mənə, həm futbolçulara, həm kluba böyük təcrübə verir. Bir daha böyük futbolun hansı səviyyədə olduğunu canlı görürük.
- Bir daha gördüm ki, bu gün mənim düşündüklərim bəs etmir. Təcrübəmi, elmimi, biliyimi daha da artırmalıyam

Postumun əvvəlində Bodrovun verdiyi sualı bölüşmüşəm ki, bəs əsl güc nədədir? Bodrov qardaşının "pul" cavabı ilə razılaşmır və filmin sonrası hissəsində öz cavabını verir - əsl güc həqiqətdədir (сила в правде) və kim də həqiqət varsa o güclüdür.

Qurban müəllimin gücü hər dəfə həqiqət tərəfdə olmasıdır. Uduzanda özünə dərs çıxarması, udanda da kişi kimi düzgün udmağa çalışmasındadır. Fikir vermisinizsə Qarabağ dünən oyun sonlarında yerə uzanıb vaxt uzatmırdı. Bu da əlbətdə ki, baş məşqçinin həqiqətin və düzgünlük anlayışının bir təzahürüdür.

Allah qismət etsin, Qurban müəllim yaşasın və nümunə olsun, biz də öyrənək.

Toğrul Ələkbər
Şəxsi İnkişaf Üzrə Mentor