“Radiozavod” yarımstansiyası yenidən qurulacaq – 29 milyonluq layihə

“Radiozavod” yarımstansiyası yenidən qurulacaq

“Radiozavod” yarımstansiyası yenidən qurulması işləri aparılacaq.

İqtisadiyyat.az bu barədə “Azərişıq”dan məlumat əldə edib.

Qurum bununla əlaqədar şirkət axtarışına çıxıb.

Belə ki, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən mövcud 110/10/10 kV-luq "Radiozavod" yarımstansiyasının 110/35/10 kV-luq 2x40 MVA gücündə "GİS" tipli, tam qapalı yenidənqurulması və 110 kV-luq "Həzi Aslanov" -"Əhmədli" yarımstansiyaları arası kabel xəttinin yeni yarımstansiyaya giriş-çıxış edilməklə əlaqələndirilməsi nəzərdə tutulub.

Yenidənqurma işlərinə sərf ediləcək vəsaitin 28 milyon 905 min manat olacağı proqnozlaşdırılıb.