Regionun ən nüfuzlu və genişmiqyaslı tədbiri keçiriləcək

Regionun ən nüfuzlu və genişmiqyaslı tədbiri keçiriləcək
1–3 iyun 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində regionun ən nüfuzlu və genişmiqyaslı enerji platformalarından olan “Baku Energy Week” (Bakı Enerji Həftəsi) keçiriləcək. Artıq 30 ildən çoxdur ki, beynəlxalq enerji sahəsinin əsas oyunçularını bir araya gətirən bu tədbir etibarlı və tanınan milli brend olmaqla yanaşı, qlobal enerji gündəliyində mühüm yer tutur.
“Baku Energy Week” çərçivəsində aşağıdakı tədbirlər təşkil olunacaq:
  • “Caspian Oil & Gas” – 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi
  • “Caspian Power” – 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi
  • “Baku Energy Forum” – 31-ci Bakı Enerji Forumu
Bakı Enerji Həftəsinin aparıcı və strateji enerji dialoqu məkanı 1-2 iyun tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq “Baku Energy Forum”dur. Forum enerji sahəsinin əsas iştirakçılarını, aparıcı beynəlxalq ekspertləri, beynəlxalq təşkilatların nümayəndələrini, müxtəlif ölkələrin hökumət strukturlarını, investorları və biznes nümayəndələrini hər il bir araya gətirərək, qlobal enerji bazarının gələcək inkişaf istiqamətlərinin müzakirəsi üçün mühüm platforma yaradır.
“Baku Enerji Week”in yüksək səviyyəli və strateji dialoq platforması olan Bakı Enerji Forumu uzun illər ərzində regionda konstruktiv və balanslı enerji müzakirələrinin aparıldığı əsas mərkəzlərdən birinə çevrilmişdir. 2026-cı ildə Forum davamlı və şaxələndirilmiş enerjinin gələcəyi, enerji transformasiyası və gələcək strategiyaları, yaşıl enerji sahəsində genişlənə bilən layihələr və ixrac perspektivləri və digər vacib mövzuları əhatə edəcəkdir.
“Baku Energy Forum”un beynəlxalq nüfuzu və strateji əhəmiyyəti tədbirə qatılan yüksək səviyyəli rəsmilərin və beynəlxalq enerji təşkilatlarının rəhbərlərinin forum iştirakçılarına ünvanladıqları müraciətlərdə aydın şəkildə əks olunur.  
Forum Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) tərəfindən dəstəklənir. “Baku Energy Week 2026” iştirakçılarına OPEC-in Baş katibi Haysam Əl-Qays ünvanladığı salamlama məktubunda Forumun da əhəmiyyəti diqqətə çatdırılır. Onun məktubunda qeyd olunur ki, Bakı Enerji Forumu bütün enerji növlərinin gündəmdə olduğu bir tədbirdir. “Bakı Enerji Həftəsi ildən-ilə güclənir. Bu tədbir Azərbaycanın regional və qlobal enerji tərəfdaşlarını bir araya gətirərək, onun mühüm rolunu vurğulayır. Bu, həm də bütün enerji növlərinin gündəmdə olduğu bir forumdur; gələcəyin enerji yollarının inkişafına holistik, balanslı və realist yanaşmanı əks etdirən bir tədbirdir. Bu vizyon OPEC tərəfindən tam dəstəklənir”, deyə Haysam Əl-Qays qeyd etmişdir.
OPEC-in Baş katibi əminliyini bildirmişdir ki, Azərbaycanın OPEC və qeyri-OPEC istehsalçıları arasında Əməkdaşlıq Bəyannaməsinə (DoC) davamlı dəstəyi, neft bazarının davamlı sabitliyinə verdiyi töhfə, eləcə də gələcəyin enerji yollarının inkişafındakı rolu “Baku Energy Week” tədbirində nümayiş olunacaq.
“Baku Energy Week”ə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir. Bakı Enerji Həftəsinin təşkilatçıları “Iteca Caspian” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir. Tədbir Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənir.
Bakı Enerji Həftəsinin iştirakçıları, eləcə də tərəfdaşları və sponsorları sırasında “ABB”, “Acwa Power”, “AZEL Systems LLC”, “Baku Steel Company”, “bp”, “ExxonMobil”, “XRG”, “Gap İnşaat”, “GL”, “Gran Tierra Energy”, “Inpex”, “KMPG”, “Kolin İnşaat”, “Masdar”, “MOL Group”, “SLB”, “TotalEnergies” və “Türkiye Petrolleri AO”  kimi nüfuzlu şirkətlər yer alır. Tədbirin rəsmi avtomobil sponsoru “Imotors” MMC-dir. Bundan əlavə, Bakı Enerji Forumunun intellektual tərəfdaşı qismində “Boston Consulting Group” çıxış edir. “Deloitte” forumun konsultativ tərəfdaşıdır.
Tədbirin rəsmi bankı qismində ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” çıxış edir. Rəsmi hotel tərəfdaşı “Absheron Hotel Group”, rəsmi mebel tərəfdaşı “Accurate MMC” və rəsmi “outdoor” reklam tərəfdaşı isə“Bilbord.al” şirkətidir.
Bakı Enerji Həftəsi və Bakı Enerji Forumu haqqında ətraflı məlumatları daim yenilənən www.bew.az, www.bakuenergyforum.az saytlarından, eləcə də sosial şəbəkə hesablarından əldə etmək mümkündür.