Rolls-Royc Phantom Seriya II “MONTEREY CAR WEEK” TƏDBİRİNDƏ

Rolls-Royc Phantom Seriya II “MONTEREY CAR WEEK” TƏDBİRİNDƏ

“Phantom modeli Rolls-Royce Motor Cars-ın unikal məhsulunun təmsili, Phantom Seriya II isə Rolls-Royce “Bespoke Design” komandasının ən yüksək potensialını nümayiş etdirir. Qudvudda yerləşən Rolls-Royce Evinin mühəndisləri metal, taxta, dəri və digər materiallardan hər bir müştərimizin şəxsi istəyinə uyğun olaraq sifarişləri qəbul edir. Biz Amerikalı müştərilərimizin hər birinin öz xarakterini, istək və maraqlarını ifadə edən Bespoke yaradarkən Phantom-u özləri üçün necə şərh etdiklərini görməkdən məmnunuq.”

Torsten Müller-Ötvös, Rolls-Royce Motor Cars-ın baş icraçı direktoru.

Rolls-Royce Motor Cars Şimali Amerikada ilk dəfə Phantom Seriya II-ni “The Quail, A Motorsports Gathering” sərgisində nümayiş etdirir. Heyrətamiz sifarişi, Rolls-Royce Motors Cars-ın baş icraçı direktoru Torsten Müller-Ötvös təqdim etdi. Markanın unikal ifadəsi olan Phantom Seriya II, Rolls-Royce-un indiyə qədər təklif etdiyi ən geniş “Bespoke” imkanlarını təklif edir.
Rolls-Royce-un dizaynerləri geniş seçim imkanı təmin etmək üçün Phantom-u yaratdılar. Phantom Seriya II ilə Bespoke dizaynının gücünü nümayiş etdirmək üçün “The Quail”-də nümayiş etdirilən unikal sifariş Rolls-Royce Bespoke dizaynerləri tərəfindən “Maverick” adlandırılıb.

“Hər bir safariş Phantomun sahibi üçün nə demək olduğunu əks etdirən fərqli dizaynı təmsil edir. Bir çox Phantom sahibləri uğurlarına - yeni ideyalar, qeyri-ənənəvi üsullar və özünə inamları ilə nail olurlar. 'Maverick' Bespoke - Phantom modelinin yaradıcı, müstəqil xarakterini nümayiş etdirərək müasir dövrə necə uyğunlaşdığının göstəricisidir."

Jonathan Simms, Rolls-Royce Motor Cars şirkətinin “Bespoke” rəhbəri.

Phantom-un yeni görünüşünə işıqdan istifadə edən və simvolik “Starlight” xüsusiyyətini eksteryerdə genişləndirən iki unikal “Bespoke” detalı daxildir. Panteon radiator barmaqlığı işıqlandırılıb və hər bir metal parçası incə parıltını təmin etmək üçün xüsusi işlənib. Farlar mürəkkəb lazerlə kəsilmiş 580 ədəd ulduz formasında olan fənərlər ilə dizayn edilib. Birlikdə onlar simvolik “Starlight” layneri ilə vizual əlaqə yaradır və Phantom-un gecə görünüşünü daha da gözəl edir.

Eksteryer Rolls-Royce-un klassik iki tonlu rəngi ilə tamamlanıb - “Monteverde” yaşılı üzərində qara rəng, və əllə işlənmiş avtomobil xəttini vurğulayan “Peony Pink”. Interyerdə, “Scivaro” boz və “Peony” çəhrayı rəngində dizayn edilmiş daxili dəsti ilə qarşılaşırsınız. “Obsydian Ayous” açıq məsaməli taxta və Kanada panelləri avtomobilə daha müasir, görünüş verir.
Bu xüsusi sifariş Qalereyası, “Scivaro” boz rəngi və “Peony Pink” çəhrayı rəngdə  sap ilə işlənmiş unikal tikmə dizaynı ilə dünyada bir ilki təqdim edir.

Phantom Series II "Maverick" modeli 2022 “Pebble Beach” kolleksiyasının bir hissəsidir və  üzərində "2022 Pebble Beach” xüsusi sifariş yazılmış eşiklərə malikdir. Kolleksiya daha sonra “Forbidden Pink” rəngdə ilk Black Badge Cullinan və “Saqano” yaşıl üzərində kristal Ghost-un dünya premyerası ilə tamamlanır. Bu sifarişlər yalnız səlahiyyətli Rolls-Royce Motor Cars pərakəndə satış şirkətləri vasitəsilə təklif olunur və “Monterey” “Avtomobil Həftəsi” 2022-də nümayiş etdiriləcək.