Şagirdlərin sahibkarlıq və biznes sahəsində bilikləri artırılır

Şagirdlərin sahibkarlıq və biznes sahəsində bilikləri artırılır
“School Shop: Məktəbli sahibkarlar üçün Elektron Ticarət Platforması” qrant layihəsi çərçivəsində təlimlər yekunlaşdı.
 
Layihə çərçivəsində şagirdlərin sahibkarlıq və biznes sahəsində biliklərinin artırılması məqsədilə seçilmiş 20 nəfər şagird üçün xüsusi təlim proqramı həyata keçirilib. Bu çərçivədə “Marketinqdə sosial məsuliyyət”, “Xeyriyyə və ictimai dəstək layihələri” və “Sosial məsuliyyətli layihələrin hazırlanması” mövzularında təlimlər təşkil olunub.
 
Təlimlər zamanı iştirakçılara marketinq anlayışı, onun mahiyyəti, ənənəvi və müasir marketinq yanaşmaları, həmçinin marketinqin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verilir. Tədris prosesi təqdimat, sorğu və müzakirə formatında təşkil olunaraq şagirdlərin mövzuya fəal şəkildə cəlb olunması təmin edilib.
 
Xatırladırıq ki, “School Shop: Məktəbli sahibkarlar üçün Elektron Ticarət Platforması” qrant layihəsi Sevman Baxşiyev tərəfindən Astara şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbində həyata keçirilir. Layihənin əsas məqsədi şagirdlərdə sahibkarlıq düşüncəsini formalaşdırmaq, onların maliyyə və biznes bacarıqlarını inkişaf etdirməkdir.
1
1
1
1
1
1
1
1
1
1
1