Samir Şərifovun kadrı işdən qovuldu - FOTO

Samir Şərifovun kadrı işdən qovuldu

Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru - "K Group" MMC-nin direktoru Orxan Bayramov işdən çıxıb.

"BusinessTime" "Report"a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Məmməd Allahverdiyevə həvalə olunub.

Qeyd edək ki, 10 günə yaxındır "Bakı Kart" app işləmir.

Xatırladaq ki, "K Group" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır.

Əlavə edək ki, maliyyə-biznes dairələrində Orxan Bayramov Azərbaycan maliyyə naziri Samir Şərifovun kadrı kimi tanınır.