“Bakı Kart”ın tətbiqində yenidən promlem yaranıb

“Bakı Kart”ın tətbiqində

5 gündür "Bakı Kart"ın mobil tətbiqi işləmir.

Belə ki, bank kartından "Bakı Kart"a pul yükləmək olmur.

Bununla bağlı sosial şəbəkələrdə narazılıqlar edilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, "Bakı Kart” tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

“Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “Bakı Kart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik”, -deyə qurumdan bildirilib.