Şəlalə Zeynalova beynəlxalq konfransda təqdimatla çıxış edib
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Çukurova Universitetinin birgə təşkilatçılığı ilə 20–23 oktyabr 2025-ci il tarixlərində Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “V Beynəlxalq Kənd Təsərrüfatı və Qida Texnologiyalarının Tədqiqi Konfransının (I-CRAFT 2025)” açılış mərasimi baş tutub.
Beynəlxalq konfransın məqsədi kənd təsərrüfatı və qida texnologiyaları sahəsində aparılan elmi tədqiqatların müzakirəsi, innovativ yanaşmaların təşviqi və aqrar elmdə beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.
Konfransda "Hacıqabul Quşçuluq Şirkətininin" keyfiyyətə nəzarət şöbəsinin müdiri, aqrar e.ü.f.d., dosent Şəlalə Zeynalova “Challenges in food quality and safety management: Contamination During Food Production” adlı presentasiya təqdim edib.
Təqdimatda “Hacıqabul Quşçuluq Şirkəti”, onun siyasəti, innovativ texnologiyların tətbiqi nəticəsində istehlakçıya təhlükəsiz və keyfiyyətli məhsul təminatı barədə məlumat verilib.

