Serbiya şirkəti Azərbaycanda məhkəməyə müraciət edib
Serbiyanın metal və rezin tullantıların təkrar emalı üzrə ixtisaslaşmış “Steel Impex” şirkətinin Azərbaycanın bir sıra dövlət və özəl qurumları ilə məhkəmə çəkişməsi mövcuddur.
“BusinessTime” xəbər verir ki, Serbiya şirkəti "Baku Steel Company" QSC, "Baku Non Ferrous and Foundry Company" MMC və Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini məhkəməyə verib.
Borc müqaviləsi üzrə mübahisələrin həlli üçün edilən müraciətə dekabrın 6-da Bakı Apellyasiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə baxılacaq.