Sərnişinlərin NƏZƏRİNƏ: Azərbaycanda yeni qatar reysi fəaliyyətə başlayır
Qarşıdan gələn bayram günləri ilə əlaqədar 20 və 21 mart tarixlərində Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə qatar reysləri təşkil ediləcək.
Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, qatar saat 07:15-də Gəncədən, saat 08:40-da isə Mingəçevirdən yola düşəcək.

