Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

Sığortaolunanların sığortaçıda uçotu yalnız fərdi identifikasiya nömrəsi (FİN) ilə aparılacaq.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə” qanunda əksini tapıb.

Beləliklə, sosial sığorta nömrəsi ilə sığortaolunanların sığortaçıda uçotu aparılmayacaq.

Bu Qanun 2026-cı il iyulun 1-dən qüvvəyə minir.