SOCAR-CAPE-in ixrac gəlirləri açıqlanıb
2026-cı ilin yanvar-iyul aylarında “SOCAR-CAPE” MMC-nin ixrac gəlirləri 500 min ABŞ dollarından çox təşkil edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin avqust buraxılışında dərc olunan “İxrac icmalı”nda məlumat verilib.
Məlumata görə, 2025-ci ilin yanvar-iyul aylarında “SOCAR-CAPE” MMC-nin ixrac gəlirləri barədə məlumat açıqlanmayıb.
Qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətləri arasında isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi lider mövqedə qərarlaşıb.
Siyahıda növbəti yerləri “AzerGold” QSC, “SOCAR Polymer” MMC, “AzərAlüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC və “Azərbaycan Hava Yolları” QSC (AZAL) tutur.
Reytinqdə daha sonra SOCAR-ın Qaz İxracı İdarəsi, “Azərenerji” ASC, “Naxçıvan Enerji” MMC və “SOCAR-CAPE” MMC yer alır.


