SOCAR-ın Nəqliyyat idarəsi qazilər üçün bayram məclisi təşkil edib

SOCAR-ın Nəqliyyat idarəsi qazilər üçün bayram məclisi təşkil edib

8 noyabr - Zəfər Günü bayramı ölkəmizin bütün ərazisində böyük sevinc və qürur hissi ilə qeyd olunur. Hamımızın  intizarla gözlədiyi böyük zəfərin Müzəffər Ali Baş Komandanımızın ətrafında dəmir yumruq kimi birləşən mərd vətən övladları tərəfindən əldə olunmasında çoxminli SOCAR ailəsinin də layiqli iştirakı olub. 

SOCAR rəhbərliyi bu ailədən olan 1-ci və 2-ci Qarabağ Müharibəsi şəhidlərinin ailələrinə, qazilərə və veteranlara xüsusi həssaslıqla yanaşır, onların problemlərini daim diqqət mərkəzində saxlayır. Zəfər gününün SOCAR-ın bir çox müəssisələrində qeyd olunması da bu diqqətin təzahürlərindən biridir. 

Belə ki, SOCAR rəhbərliyinin dəstəyi və SOCAR-ın Nəqliyyat idarəsinin təşəbbüsü ilə idarənin işçiləri sırasından 1-ci və 2-ci Qarabağ müharibəsi iştirakçıları üçün bayram məclisi təşkil olunub. 

Məclisi giriş sözü ilə Nəqliyyat İdarəsinin rəisi, 1-ci Qarabağ müharibəsinin iştirakçısı Ələddin Məmmədov açaraq, SOCAR rəhbərliyi və Nəqliyyat İdarəsinin kollektivi adından şəhid ailəsi üzvlərini, qaziləri, veteranları bayram münasibətilə təbrik etmiş, onlara uğurlar arzulayıb. Bundan sonra qazilər, veteranlar adından arzu edən şəxslər çıxış edərək öz ürək sözlərini bildiriblər. Daha sonra məclis bədii hissə ilə davam etdirilib.