Süngər, ya əl ilə sabunlanmaq? - Dəri problemlərindən qorunmağın yolu
Duş qəbul edərkən istifadə olunan süngərlər dəriyə zərər verə bilər.
Bu barədə dermatoloqlar Loren Talya və Keti Laynam "HuffPost" nəşrinə müsahibələrində danışıblar.
Mütəxəssislər bu geniş yayılmış vərdişin dəri üçün yarada biləcəyi risklər barədə xəbərdarlıq ediblər. Keti Laynam qeyd edib ki, süngərlər düzgün yuyulmadıqda və ya nəm halda saxlanıldıqda, üzərlərində bakteriyalar sürətlə toplanır.
"Ekzema, psoriaz və həssas dərisi olan, həmçinin yaşlı xəstələrimin əksəriyyətinə əl ilə yuyunmağı məsləhət görürəm", - deyə dermatoloq bildirib. Onun fikrincə, sızanaq, iltihab və digər dəri problemlərinə meyilli insanlar bu məsələdə xüsusilə diqqətli olmalıdırlar.
Loren Talya da duş zamanı əl ilə yuyunmağın ən təhlükəsiz üsul olduğunu vurğulayıb. Mütəxəssis izah edib ki, bu zaman dəriyə edilən təzyiqi əlin köməyi ilə daha rahat tənzimləmək mümkündür. Bundan əlavə, əl ilə yuyunmaq bakteriyaların yayılma riskini azaldır və xüsusilə həssas dərinin təbii qoruyucu baryerini daha yaxşı mühafizə edir. (oxu.az)


