Turan e-ticarət və e-ixracat Forumu — TET 2024

Turan e-ticarət və e-ixracat Forumu — TET 2024

Azərbaycanda ilk dəfə 17 oktyabr tarixində Turan e-ticarət və e-ixracat Forumu keçiriləcək. Forumun təşkilatçıları olan «Azərbaycan Françayzinq Assosiasiyası» və «Founder Club» sahibkarları, investorları, ticarət platformaları, dünyanın müxtəlif ölkələrindən iş adamlarını və bir çox insanı bir araya gətirir.

Forumda 15 ölkədən qonaqlar, spikerlər, biznes sahibləri yer alacaq. 

Azərbaycan Françayzinq Assosiasiyası — Azərbaycanda Françayzinq sahəsinin təşviqi, müdafiəsi, yerli və xarici investorlar arasında münasibətlərin düzgün təşkilinə dəstək verən təşkilatdır. 

Founder Club — Azərbaycanda fəaliyyət göstərən şirkətlər arasında şəbəkələşmənin inkişafı və eyni zamanda partnyor şirkətlərin xarici ölkələrlə məhsul alış verişlərinə dəstək olmaq üçün təsis edilmişdir.