Volkswagen yeni modellərinin konseptlərini təqdim edib
Almaniyanın Volkswagen şirkəti yeni California Beach və ID. California Cruise kemper modellərinin sələfi olan konseptləri təqdim edib.
Konseptlərin canlı premyerası 2026-cı ilin avqust ayının sonunda Almaniyanın Düsseldorf şəhərində keçiriləcək Caravan Salon sərgisində baş tutacaq.
Volkswagen aktual Multivan T7 mikroavtobusunu 2021-ci ilin iyununda təqdim edib. 2024-cü ildə isə model ailəsi California kemperinin əlavə olunması ilə genişləndirilib.
İndi şirkət yeni Volkswagen California Beach versiyasını hazırlayıb. Model avqustun sonunda Caravan Salon sərgisində rəsmi olaraq debüt edəcək, lakin ilkin olaraq konsept statusunda nümayiş olunacaq.


