Vüsal Aslanov “28 May”da olan vəziyyəti yerində yoxlayıb

Vüsal Aslanov “28 May”da olan vəziyyəti yerində yoxlayıb

Yeni tədris ilinin başlaması ilə əlaqədar Bakı şəhərinin bir sıra ərazilərində nəqliyyat sıxlığının artması və sərnişin axınının çoxalması nəzərə alınaraq ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi istiqamətində monitorinqlər aparılır.

BusinessTime-ın əməkdaşı xəbər verir ki, Bakı Metropoliteninin rəisi Vüsal Aslanov və digər aidiyyəti rəsmi şəxslər “28 May” Nəqliyyat Mübadilə Mərkəzində olublar.

Rəsmi şəxslər tərəfindən nəqliyyat mübadilə mərkəzinin fəaliyyəti, sərnişin sıxlığı və ictimai nəqliyyatın hərəkətinin təşkili ilə bağlı mövcud vəziyyət yerində qiymətləndirilib.

Monitorinqin əsas məqsədi yeni tədris ilinin başlanması ilə əlaqədar sərnişin tələbatının artdığı bir dövrdə ictimai nəqliyyatın fasiləsiz və səmərəli fəaliyyətinin təmin edilməsi, sərnişin axınının düzgün idarə olunması və nəqliyyatın hərəkətinin operativ şəkildə tənzimlənməsidir.

M.Sadiq