Xəyyam Əlizadə "Azərpoçt"dan getdi

Xəyyam Əlizadə "Azərpoçt"dan getdi

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyindəki şirkətlərdən olan "Azərpoçt" MMC-nin İdarə Heyətinin sədrinin müavini Xəyyam Əlizadə vəzifəsindən ayrılıb.

BusinessTime plat.az-a istinadən xəbər verir ki, o, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədrinə müşavir təyin edilib.

Qeyd edək ki, X.Əlizadə 2021-ci ildə "Azərpoçt"da baş direktorun müavini təyin edilib. Həmin vaxtlarda "Azərpoçt"un rəhbəri hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) idarə heyətinin sədri olan Əfqan Cəlilov olub. 2022-ci ildə şirkətin idarəetmə forması dəyişdiriləndən sonra X.Əlizadə qurumda İdarə heyətinin sədrinin müavini vəzifəsini tutub.

Xatırladaq ki, bundan bir müddət öncə (bu ilin aprel ayında) "Azərpoçt"un idarə heyətinin sədri İsi Mustafayev vəzifəsindən ayrılıb. Onun yerinə Manaf Babayev qurumun idarə heyətinin sədri təyin edilib.