“Xiaomi” şirkəti flaqman modelini təqdim etdi

“Xiaomi” şirkəti flaqman modelini təqdim etdi

“Xiaomi” şirkəti “Xiaomi 17”, “Xiaomi 17 Ultra”, həmçinin “Leica”nın özünəməxsus estetikasına malik mobil fotoqrafiyanın flaqman modeli “Leica Leitzphone powered by Xiaomi”ni təqdim etdi.

[Barselona, İspaniya, 28 fevral 2026-cı il] - “Xiaomi” şirkəti “Xiaomi 17” seriyasının yeni nəslini təqdim etməklə mobil texnologiyalar sahəsində əsas nailiyyətlərini nümayiş etdirib. 

Təqdimatın əsas hadisəsi “Xiaomi” və “Leica” arasında strateji tərəfdaşlığın yeni mərhələsinin elan edilməsi oldu. Bununla da, əməkdaşlıq birgə tədqiqat və inkişaf formatından məhsulun işlənib hazırlanmasının bütün mərhələlərində daha dərin inteqrasiyanı nəzərdə tutan strateji birgə yaradılma modelinə (“Strategic Co-creation Model”) keçdi.  

Yenilənmiş model çərçivəsində yaradılmış “Xiaomi 17” “Xiaomi 17 Ultra” flaqman çəkiliş imkanlarını, eleqant form-faktoru və möhkəm erqonomik konstruksiyanı özündə birləşdirməklə mobil fotoqrafiyada yeni standart müəyyən edir. “Leica”nın bir əsrdən artıq təcrübəsinə əsaslanan “Xiaomi 17” seriyası qabaqcıl foto və video texnologiyalarına əsaslanan mükəmməl flaqman istifadəçi təcrübəsi təklif edir.


Zamana tabe olmayan dizayn və misilsiz “Xiaomi Guardian Structure” konstruksiyası

 

Minimalist estetikada hazırlanmış “Xiaomi 17” seriyası eleqantlığı və peşəkarlığı ön plana çıxarır. “Golden Arc” texnologiyası və LIPO istehsal prosesi komfortlu form-faktoru və demək olar ki, çərçivəsiz displeyin ultranazik çərçivələrini təmin edir.

“Xiaomi 17 Ultra” - brendin tarixində ən nazik və ən yüngül “Ultra” modelidir¹: onun qalınlığı 8,29 mm² təşkil edir, çəkisi isə 218,4 q²-dan başlayır. Yastı korpusa, kompakt yenilənmiş kamera blokuna malik smartfon ağ, qara və ulduzlu-yaşıl³ rənglərdə təqdim edilir. “Xiaomi Guardian Structure” konstruksiyasına düşməyə qarşı davamlılığı 30%² artırılmış “Xiaomi Shield Glass 3.0” şüşəsi, möhkəm şüşə lifli arxa panel, alüminium çərçivə və IP68⁶ qorunması daxildir.

“Xiaomi 17” flaqman performans səviyyəsinə və tutumlu batareyaya malik olmaqla yanaşı kompaktlığını (8,06 mm², 191 q²) da qorumağa nail olmuşdur. Model zümrüd-yaşıl, çəhrayı, soyuq-mavi qara³ rənglərdə təklif olunur, həmçinin yenilənmiş kamera dizaynına1,18 mm² qalınlıqda ultranazik çərçivələrə malikdir. 6M42 alüminium çərçivəyə, “Xiaomi Shield Glass” şüşəsinə və IP68⁶ qorunmasına malik konstruksiya etibarlılığı və uzunömürlülüyü təmin edir.


Xiaomi × Leica: mobil fotoqrafiya sahəsində strateji əməkdaşlıq

“Xiaomi”, “Leica” ilə tərəfdaşlığını davam etdirərək “Xiaomi 17” seriyasında peşəkar çəkiliş səviyyəsini təmin edir. Leica UltraPuretexnologiyası və dəqiq yoxlanmış obyektiv konfiqurasiyası həm parlaq, həm də zəif işıqlandırma şəraitində yüksək detalizasiyaya və sabit işləməyə zəmanət verir. Çoxqatlı optik örtük əksolunmaları və təhrifləri azaltmaqla təsvir keyfiyyətini artırır. “AI Creativity Assistant alətləri və Xiaomi HyperConnect funksiyaları, o cümlədən fayl ötürülməsi və Multicamçəkilişi tamamlamaqla çevik və rahat iş prosesini təmin edir.

 

Xiaomi 17 Ultra”: mobil fotoqrafiyanın inkişafında yeni mərhələ

Xiaomi 17 Ultra seriyada ilk dəfə olaraq, yeni nəsil HDR texnologiyalı 1 düymlük LOFIC Light Fusion 1050L sensoru ilə təchiz olunub. Bu sensor yüksək işıq həssaslığını və detallılığı təmin edir.

Əsas sıçrayış - mexaniki optik zuma və “Leica APO” standartlı optikaya malik “Leica 200 MP” kamerası (75-100 mm) ilə bağlıdır. Bu kamera bütün böyütmə diapazonu boyunca yüksək təsvir keyfiyyətini qoruyur və fokus məsafəsini 400 mm-ə (17,2×) qədər genişləndirir.

Smartfon həmçinin əsas və telefotokamerada Dolby Vision® və 120fps tezliyində 4K-dək “ACES Log” ilə kinematoqrafik səviyyəli videoçəkilişi dəstəkləyir.

 

Xiaomi 17: universal kamera sistemi ilə kompakt flaqman

Xiaomi 17, istənilən işıqlanma şəraitində 13,5 EV dinamik diapazonu və yüksək detalizasiya səviyyəsini təmin edən 2,4 mkm 4-in-1 Super Pixel texnologiyalı “Light Fusion 950” (1/1,31") sensoru ilə təchiz edilmişdir.

Sistemi 5x optik səviyyəli zum, 10 sm makroçəkiliş20× AI Ultra Zoom imkanına malik 60 mm-lik üzən “Leica” teleobyektivi tamamlayır.

50 MP-lik ön kamera təkmilləşdirilmiş avtofokusa malikdir, video imkanlarına isə peşəkar çəkiliş keyfiyyəti üçün 4K 60fps Dolby Vision®4K 60fps Log daxildir.


Flaqman səviyyəli performans və qabaqcıl texnologiyalar

“Xiaomi 17” seriyası maksimum performansı və mobil “SoC”nin genişləndirilmiş imkanlarını təmin edən “Snapdragon® 8 Elite Gen 5” platforması üzərində qurulub.

3-cü nəsil Qualcomm Oryon™ prosessoru, Adreno™ qrafikası NPU Hexagon™ seriyalı foto və videoçəkilişdən tutmuş çoxfunksiyalılığa və mobil geyminqə qədər resurs tələb edən tapşırıqlarla inamla işləməyə imkan verir.

Smartfonlar 100 Vt HyperCharge⁴ şarj imkanlarını və 100 Vt PD-PPS standartını⁵ dəstəkləyir.


Yeni nəsil avtonomluq

“Xiaomi 17” seriyasının təchiz olunduğu 16% silisium tərkibli “Xiaomi Surge Battery” batareyaları yüksək enerji tutumunu və uzunömürlülüyü təmin edir.

Xiaomi 17 Ultra 90 Vt simli və 50 Vt simsiz HyperCharge dəstəkli 6000 mA·s (typ.) batareyaya malikdir.

Xiaomi 17 isə 100 Vt simli və 50 Vt simsiz HyperCharge⁴ dəstəkli 6330 mA·s (typ.) batareya ilə təchiz olunub. Texnologiya yüksək avtonomluq və sürətli şarj imkanları ilə yanaşı həm də nazik korpusa malikdir.

 

Mükəmməl displey texnologiyası: rəng, dəqiqlik və enerji səmərəliliyi

Xiaomi 17 seriyası 3500 nitə qədər maksimum parlaqlığa malik fərdi OLED-displeylərlə təchiz olunub ki, bu da istənilən işıqlandırma şəraitində aydın görünməni təmin edir.

LTPO 1-120 Hz adaptiv yeniləmə tezliyi DC Dimming texnologiyası təsvirin rəvanlığını və gözlər üçün rahatlığı təmin edir. Xüsusi Xiaomi M10 paneli parlaqlığı və enerji səmərəliliyini artırır, Xiaomi 17 Ultra isə əlavə olaraq yüksək dəqiqlik və enerji istehlakının optimallaşdırılması üçün HyperRGB texnologiyasına malikdir.


Qiymət və əlçatanlıq

“Xiaomi 17” qara, zümrüd-yaşıl, çəhrayı və soyuq-mavi rənglərdə 12+256 GB və 12+512 GB konfiqurasiyalarında təklif olunur. Tövsiyə olunan pərakəndə satış qiyməti - 2,449.99 AZN-dən.

“Xiaomi 17 Ultra” qara, ağ və ulduzlu-yaşıl rənglərdə 16+512 GB və 16 GB + 1 TB versiyalarında təqdim olunur. Tövsiyə olunan pərakəndə satış qiyməti - 3,699.99 AZN-dən.

Cihazları “Xiaomi”nin Azərbaycandakı rəsmi tərəfdaşları olan Kontakt, “İrşad” Baku Electronics mağazalarında əldə edə bilərsiniz.


Qısa texniki xüsusiyyətlər:

 

Xiaomi 17

Xiaomi 17 Ultra

Dizayn

Ölçülər: 151,1 × 71,8 × 8,06 mm²
Çəki:
191 q²
Rəng:
Qara, zümrüd-yaşıl, çəhrayı, soyuq mavi³

Ölçülər: 162,9 × 77,6 × 8,29 mm²

Çəki: 218,4 q² (qara, ağ) | 219 q² (ulduz-yaşıl)
Çəki (Leica Leitzphone powered by Xiaomi): 223,4 q²

Rəng: qara, ağ, yaşıl³

Kamera

Əsas kamera (Rear Camera)
VARIO-SUMMILUX 1:1.67–2.4/17–60 ASPH.

Əsas “Leica” kamerası:
50 МP, ƒ/1.67, OIS
“Light Fusion 950” sensoru
Ekvivalent fokus məsafəsi 23 mm

“Leica” teleobyektivi 60 mm (üzən):
50 MP, ƒ/2.0, OIS
“Samsung JN5” sensoru
Ekvivalent fokus məsafəsi 60 mm
10 sm məsafədən makroçəkiliş dəstəyi

Ultrageniş “Leica” kamerası:
50 MP, ƒ/2.4, 102° baxış bucağı

OV50M sensoru
Ekvivalent fokus məsafəsi 17 mm

Ön kamera:
50 MP, ƒ/2.2, 90° baxış bucağı
Ekvivalent fokus məsafəsi 21 mm

Videoçəkiliş:
30fps tezliyində 8K (7680 × 4320)
30fps və 60fps tezliyində 4K (3840 × 2160) Dolby Vision®
30fps və 60fps tezliyində 1080p (1920 × 1080) Dolby Vision®
30fps tezliyində 720p (1280 × 720)
60fps tezliyində 4K-dək “Log” formatında video yazılışı

Əsas kamera (Rear Camera)
VARIO-APO-SUMMILUX 1:1.67–2.9/14–100 ASPH.

Əsas “Leica” kamerası:
50 MP, ƒ/1.67, OIS
”Light Fusion 1050L” sensoru
LOFIC HDR texnologiyası
Ekvivalent fokus məsafəsi 23 mm

“Leica” teleobyektivi 200 MP (75-100 mm):
200 MP, ƒ/2.39–2.96, OIS
“Samsung HPE” sensoru
Ekvivalent fokus məsafəsi 75-100 mm
30 sm məsafədən makroçəkiliş dəstəyi

Ultrageniş “Leica” kamerası:
50 MP, ƒ/2.2, 115° baxış bucağı
“Samsung JN5” sensoru
Ekvivalent fokus məsafəsi 14 mm

Ön kamera:
50 MP, ƒ/2.2, 90° baxış bucağı
Ekvivalent fokus məsafəsi 21 mm

Videoçəkiliş:
30fps tezliyində 8K (7680 × 4320)
30fps, 60fps və 120fps tezliyində 4K (3840 × 2160) Dolby Vision®
30fps və 60fps tezliyində 1080p (1920 × 1080) Dolby Vision®

30fps tezliyində 720p (1280 × 1280)

120fps tezliyində 4K-dək “Log” formatında video yazılışı
“Academy Color Encoding System” (ACES) dəstəyi

Displey

6,3" CrystalRes OLED

“Xiaomi Shield Glass” qoruyucu şüşəsi

2656 × 1220 genişlənmə, 460 ppi sıxlıq

Adaptiv yenilənmə tezliyi 1-120 Hz (LTPO)

Maksimum parlaqlıq: 3500 nitədək (fərqli ssenarilərdə)

68 milyard rəng çaları | DCI-P3 rəng qamması

“DC Dimming” texnologiyası sayəsində görmə qabiliyyətinə qayğı

HDR10+ и Dolby Vision® dəstəyi

“TÜV Rheinland” sertifikatı:

- “Low Blue Light” (aparat həlli)

- “Flicker Free”

- “Circadian Friendly”

6,9" Xiaomi HyperRGB OLED

“Xiaomi Shield Glass 3.0” qoruyucu şüşəsi

2608 × 1200 genişlənmə (“Xiaomi HyperRGB”)

Adaptiv yenilənmə tezliyi 1-120 Hz (LTPO)

Maksimum parlaqlıq: 3500 nitədək (fərqli ssenarilərdə)

68 milyard rəng çaları | DCI-P3 rəng qamması

“DC Dimming” texnologiyası sayəsində görmə qabiliyyətinə qayğı

HDR10+ и Dolby Vision® dəstəyi

“TÜV Rheinland” sertifikatı:

- “Low Blue Light” (aparat həlli)

- “Flicker Free”

- “Circadian Friendly”

Performans

“Snapdragon® 8 Elite Gen 5 Mobile Platform”

3-nm texnoloji prosesi

Yaddaş konfiqurasiyası:

12 GB + 256 GB | 12 GB + 512 GB

LPDDR5X operativ yaddaş

UFS 4.1 toplayıcı

“Snapdragon® 8 Elite Gen 5 Mobile Platform”

3-nm texnoloji prosesi

Xiaomi 17 Ultra:
16 GB + 512 GB | 16 GB + 1 TB

 

Batareya və şarj

 

6330 mA·s batareya (typ.) “Xiaomi Surge Battery”

100 Vt HyperCharge⁴ simli şarj

50 Vt HyperCharge⁴ simsiz şarj

6000 mA·s batareya (typ.) “Xiaomi Surge Battery”

90 Vt HyperCharge⁴ simli şarj

50 Vt HyperCharge⁴ simsiz şarj

Əlavə imkanlar

Ultrasəsli ekranaltı barmaq izi skaneri

Stereodinamiklər | 4 mikrofonlu sistem

“Hi-Res Audio” və “Hi-Res Audio Wireless” sertifikatı

Dolby Atmos® dəstəyi

IP68⁶ standartı üzrə toz və rütubətdən qorunma

Wi-Fi 7 dəstəyi

“Xiaomi HyperOS 3” əməliyyat sistemi

Ultrasəsli ekranaltı barmaq izi skaneri

Stereodinamiklər | 4 mikrofonlu sistem

“Hi-Res Audio” və “Hi-Res Audio Wireless” sertifikatı

Dolby Atmos® dəstəyi

IP68⁶ standartı üzrə toz və rütubətdən qorunma

Wi-Fi 7 dəstəyi⁷

“Xiaomi HyperOS 3” əməliyyat sistemi

Aksesuarlar

Yoxdur

Xiaomi 17 Ultra Photography Kit Pro

Uyğun cihazlar: “Xiaomi 17 Ultra”, “Leica Leitzphone powered by Xiaomi”

Batareyanın tutumu: 2000 mA·s (typ.)

Qoşulma və şarj: “USB Type-C”

Rəng: qara

Xiaomi 17 Ultra Photography Kit

Uyğun cihaz: “Xiaomi 17 Ultra”

Batareyanın tutumu: 270 mA·s (typ)

Qoşulma: “Bluetooth”

Şarj: maqnit

Rənglər: qara, ağ, bənövşəyi

Diskleymerlər

¹ İnformasiya 2026-cı ilin fevral ayına olan vəziyyətə görə aktualdır.

² Məlumatlar “Xiaomi” laboratoriyalarında əldə edilmişdir. Faktiki nəticələr fərqli ola bilər. Çəki: qara və ağ - 218,4 q; ulduz-yaşıl - 219 q.

³ Rənglərin mövcudluğu regiona görə dəyişə bilər.

⁴ Şarj adapterinin dəstə daxil olub-olmadığını yerli dilerdən dəqiqləşdirməyiniz xahiş olunur. Simsiz şarj cihazları ayrıca əldə edilməlidir.

⁵ “Xiaomi 17”, PPS dəstəkli adapterlərdən istifadə zamanı 100 Vt-dək, “Xiaomi 17 Ultra” isə PPS dəstəkli adapterlərdən istifadə zamanı 90 Vt-dək şarj imkanını dəstəkləyir. Faktiki göstəricilər istismar şərtlərindən asılıdır.

⁶ Cihaz laboratoriya şəraitində IEC 60529:1989+A1:1999+A2:2013 və EN 60529:1991+A1:2000+A2:2013 sertifikatlarına uyğun olaraq IP68 standartına əsasən sıçrantılara, suya və toza davamlı olaraq sınaqdan keçirilmiş və sertifikatlaşdırılmışdır. Sınaqlar cihazın şirin suya 6 metrə qədər dərinliyə 30 dəqiqəyə qədər müddətə, su ilə cihaz arasında temperatur fərqi 5°C-dən çox olmamaq şərtilə batırılmasını əhatə etmişdir. Göstərilən su müdafiəsi xüsusiyyətləri yalnız laboratoriya şəraiti üçün etibarlıdır və adi istismar şəraitinə uyğun deyil. Müdafiə qabiliyyəti təbii aşınma, mexaniki zədələnmə və ya cihazın sökülməsi zamanı azala bilər. Cihazı çimərlikdə və ya hovuzda istifadə etmək, müstəqil olaraq sukeçirməzlik sınaqları aparmaq, rütubətin təsiri altında cihazı şarj etmək və ya fiziki düymələri sıxmaq, həmçinin rütubətli mühitdə SIM bölməsini çıxarmaq tövsiyə edilmir. IP68 standartı üzrə sınaq şəraitindən kənar maye zədələnmələri zəmanət tərəfindən əhatə olunmur.

⁷ Mövcud operativ və daxili yaddaş həcmi əvvəlcədən quraşdırılmış əməliyyat sistemi və proqram təminatına görə elan olunandan azdır.

⁸ AI-funksiyaların əlçatanlığı regiondan asılı olaraq fərqlənə bilər. Ətraflı məlumat lokal saytda təqdim olunub.

⁹ Wi-Fi 7 / Wi-Fi 6E / Wi-Fi 6 dəstəyi regional əlçatanlıqdan və lokal şəbəkələrin dəstəyindən asılıdır.

¹⁰ “Gemini” “Google LLC”nin ticarət nişanıdır. Şərtlər tətbiq olunur. Yalnız 18 yaşdan yuxarı istifadəçilər üçün əlçatandır. Abunəlik sınaq müddəti bitməzdən əvvəl ləğv edilməzsə, “Google One” üçün aylıq ödəniş (qiymət regiondan asılıdır) tutulmağa başlayacaq. İstənilən vaxt ləğv etmək mümkündür. Cihazın qaytarılması abunəliyin ləğvinə səbəb ola bilər. Tam şərtlərlə burada tanış ola bilərsiniz: one.google.com/offer/terms-and-conditions/xiaomi15_3month_trial

¹¹ Təklif yalnız yeni istifadəçilər üçün keçərlidir (“YouTube Premium”, “YouTube Music Premium”, “YouTube Red” və ya “Google Play Music”in əvvəlki sınaq abunəlikləri istisna olmaqla). 31 avqust 2026-cı il, yerli vaxtla 23:59-a qədər aktivləşdirilməlidir. Sınaq müddəti başa çatdıqdan sonra aylıq ödəniş (qiymət regiondan asılıdır) tutulmağa başlayır. İstənilən vaxt ləğv etmək mümkündür. Şərtlər tətbiq olunur. Aktivləşdirmə “YouTube” tətbiqi vasitəsilə həyata keçirilir. Tam şərtlərlə burada tanış ola bilərsiniz: mi.com/global/support/terms/youtube-premium-terms

¹² Təklif yalnız “Spotify Premium”un yeni istifadəçiləri üçün keçərlidir. Təklif “Spotify Premium Individual”a şamil edilir. İndoneziya, Hindistan və BƏƏ istisnadır, çünki bu ölkələrdə “Spotify Premium Standard” qüvvədədir. 8 avqust 2026-cı il, yerli vaxtla 23:59-a qədər aktivləşdirilməlidir. Abunəlik ödənişsiz müddət bitməzdən əvvəl ləğv edilməzsə, aylıq ödəniş (qiymət regiondan asılıdır) tutulmağa başlayacaq. Şərtlər tətbiq olunur. Tam şərtlərlə burada tanış ola bilərsiniz: https://www.mi.com/global/support/terms/spotify-premium-terms/

¹³ Göstərilən üstünlüklərin əlçatanlığı tətbiq olunan şərtlərdən və istifadəçinin proqram tələblərinə uyğunluğundan asılıdır.

¹⁴ Foto dəstindən istifadə edildikdə smartfon və tutacaq birlikdə toz və su sıçramalarından qorunma üzrə IP54 standartına uyğun gəlir.

Xiaomi” şirkəti haqqında

“Xiaomi” Korporasiyası 2010-cu ilin aprelində təsis edilib, 9 iyul 2018-ci ildə Honkonq Fond Birjasında (1810.HK) qeydiyyatdan keçib. “Xiaomi” - əsasını Əşyaların İnterneti (IoT) platforması ilə əlaqələndirilən smartfonlar və “ağıllı” avadanlıqlar təşkil edən istehlakçı elektronikasının və “ağıllı” cihazların istehsalı üzrə ixtisaslaşmış şirkətdir.

Özünün "İstifadəçilərlə dostlaşmaq və onların qəlbində ən yaxşı şirkət kimi yer tutmaq" missiyasına sadiq qalan “Xiaomi” şirkəti daim innovasiyalara, yüksək istifadəçi təcrübəsinə və əməliyyat səmərəliliyinə çatmağa can atır. Şirkət, hər kəsin innovativ texnologiyalar sayəsində həyat keyfiyyətini yüksəldə bilməsi üçün ədalətli qiymətlərlə qabaqcıl məhsullar istehsal edir.

“Xiaomi”  dünya üzrə smartfon istehsalçıları arasında aparıcı mövqelərdən birini tutur. 2025-ci ilin sentyabr ayına olan məlumata görə, smartfon və planşet istifadəçiləri də daxil olmaqla, qlobal aylıq aktiv istifadəçi (MAU) sayı 741,7 milyon nəfərə çatıb.

Şirkət həmçinin 2025-ci ilin 30 sentyabr tarixinə qədər təxminən 1 035,5 milyon smart cihazın (smartfonlar, noutbuklar və planşetlər istisna olmaqla) qoşulduğu dünyanın aparıcı istehlakçı platforması olan “AIoT”un (AI+IoT) yaradıcısıdır.

  • cü ilin oktyabr ayında “Xiaomi” öz strategiyasını “Human x Car x Home” (“İnsan × Avtomobil × Ev”) strategiyasına yeniləyib. Bu, şəxsi cihazları, “ağıllı” ev əşyalarını və avtomobilləri birləşdirən intellektual ekosistemdir. Fəlsəfəsinin mərkəz kimi insanı seçməklə “Xiaomi” şirkəti istifadəçilər üçün vahid və harmonik qarşılıqlı əlaqə təcrübəsini təmin etməyə çalışır.

“Xiaomi” şirkətinin məhsulları dünyanın 100-dən çox ölkə və regionunda təmsil olunur. 2025-ci ilin iyul ayında şirkət ardıcıl yeddinci dəfə “Fortune Global 500” siyahısına daxil olub və bu siyahıda 297-ci yeri tutub.

“Xiaomi” aşağıdakı əsas indekslərin tərkibinə daxildir: “Hang Seng Index”, “Hang Seng China Enterprises Index”, “Hang Seng TECH Index” və “Hang Seng China 50 Index”.