Yaxın Şərqdəki gərginlik qiymətli metalları ucuzlaşdırdı

Yaxın Şərqdəki gərginlik qiymətli metalları ucuzlaşdırdı

Nyu-York Ticarət Birjasında və "Comex"də qiymətli metalların - platin, palladium, qızıl və gümüşün füçerslərinin qiyməti Yaxın Şərqdəki gərginlik fonunda 10% civarında enib.

Oxu.Az xəbər verir ki, bu, ticarət platformasının məlumatında əksini tapır.

Bakı vaxtı ilə saat 05:25-ə olan məlumata görə, NYMEX-də palladiumun qiyməti 7.31% azalaraq bir trua unsiyası üçün 1 701.5 dollar təşkil edib. Platinin isə göstəriciləri 10.34% azalaraq bir trua unsiyası üçün 2 126 dollar olub.

"Comex" birjasında qızılın qiyməti 3.54% azalaraq bir trua unsiyası üçün 5 161.5 dollar təşkil edib. Gümüşün göstəriciləri isə 6.05% azalaraq bir trua unsiyası üçün 83.6 dollar olub.