"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub

"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub

"Yelo Bank"ın Müşahidə Şurasının üzvü bankdan ayrılıb.

“Yelo Bank”ın Müşahidə Şurasının üzvü Endryu Dmitry Pospielovski vəzifəsindən ayrılıb.

Qeyd edək ki, Britaniya vətəndaşı olan Endryu Pospielovski 2021-ci ildə səhmdarların ümumi yığıncağının qərarı ilə “Yelo Bank”ın Müşahidə Şurasının üzvü təyin olunmuşdu.

O, 15 ildən artıq müddətdə bank və maliyyə institutlarının idarə olunması sahəsində təcrübəyə malik olub. Pospielovski müxtəlif maliyyə institutlarında Müşahidə Şurası və İdarə Heyəti səviyyəsində fəaliyyət göstərib, audit və risk komitələrində iştirak edib.

Xatırladaq ki, "Yelo Bank"ın Müşahidə Şurası hazırda sədr və bankın əsas səhmdarı Marina Kulişova və üzv Tomas Enqelharddan ibarətdir.