Yeni əməkdaşlıq imkanları müzakirə edilib

Yeni əməkdaşlıq imkanları müzakirə edilib

"MÜSİAD Azərbaycan"ın İdarə Heyətinin sədri Fuat Kaykan ilə "Biznes Mərkəzi Klubu"nun İdarə Heyətinin sədri Rüfət Nadirli arasında işgüzar görüş baş tutub.

Görüş çərçivəsində iki qurum arasında əməkdaşlıq perspektivləri, birgə həyata keçirilməsi nəzərdə tutulan layihələr, sahibkarlığın inkişafına töhfə verəcək təşəbbüslər və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub. Tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və yeni layihələrin reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüşün sonunda "Biznes Mərkəzi Klubu"nun İdarə Heyətinin sədri Rüfət Nadirli səmimi qəbula və qonaqpərvərliyə görə Fuat Kaykan-a təşəkkürünü bildirib, gələcəkdə həyata keçiriləcək birgə layihələrin hər iki tərəf üçün faydalı olacağına inandığını vurğulayıb.