Zəngilanda yeni tikinti işlərinə başlanılır – 30 milyonluq layihə
Zəngilanda bir sıra tikinti-quraşdırma işlərinin aparılmasına başlanılır.
BusinessTime bildirir ki, bu barədə İqtisadiyyat.az Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat əldə edib.
Belə ki, Zəngilan 2C (4-cü məhəllə) yaşayış məhəlləsinin və Zəngilan rayonu, Zəngilan kənd yaşayış məntəqəsində qeyri-yaşayış binalarının tikinti-quraşdırma işlərinin aparılması nəzərdə tutulub.
Məlumata əsasən, qurum tikinti işləri ilə əlaqədar “19 Saylı Tikinti Təmir İdarəsi” və “Crystal İnşaat” şirkətləri ilə müqavilə bağlayıb.
Sözügedən işlərin icrasına ümumilikdə 29,7 milyon manat vəsait sərf olunacaq.


