Fuad Muradovun müavinlərinin sayı artırıldı - FƏRMAN

Fuad Muradovun müavinlərinin sayı artırıldı

“Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilib.

BusinessTime xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Komitə sədri Fuad Muradovun müavinlərinin sayı 2-dən 3-ə çatdırılıb.

Belə ki, sədrin 1-ci müavini ilə birlikdə isə müavinlərin sayı 3-dən 4-ə çatıb.