ASCO-da yeni dövrün prioritetləri müəyyənləşdirildi – Tapşırıqlar verildi

ASCO-da yeni dövrün prioritetləri müəyyənləşdirildi

AZCON Holding şirkətlərindən olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Müşahidə Şurasının növbəti iclası keçirilib.

BusinessTime xəbər verir ki, iclasda ASCO tərəfindən hesabat dövrü üzrə həyata keçirilən layihələrin icra vəziyyəti, əməliyyat səmərəliliyi və qarşıya qoyulan hədəflərə nail olma istiqamətində görülən işlər müzakirə olunub.

Həmçinin növbəti dövr üçün əsas fəaliyyət istiqamətləri müəyyən edilib, strateji məqsədlərin həyata keçirilməsi və iş proseslərinin daha da təkmilləşdirilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.