ABB-nin sədri özünə müşavir təyin etdi

ABB-nin sədri özünə müşavir təyin etdi

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinə yeni müşavir təyin olunub.

Bununla bağlı bankın İdarə Heyətinin sədri Abbas İbrahimov müvafiq əmr imzalayıb.

Əmrlə, Fuad İslamov bankın İdarə Heyəti sədrinin beynəlxalq maliyyə qurumları ilə iş üzrə müşaviri postuna gətirilib. 

Qeyd edək ki, F.İslamov Azərbaycan Dövlət Elmi-Tədqiqat Layihə İnstitutunda (1991), SSRİ Xarici İqtisad Bankında (1992) və ABB-də müxtəlif vəzifələrdə çalışıb. 2011-ci ildən "ABB" ASC-nin Baş direktorudur.

Xatırladaq ki, bankda daha bir rəhbər vəzifəyə təyinat olmuş, Ülvi Qasımov bankın baş direktoru postuna gətirilmişdi.

Olke.az