“Unibank”ın Audit Komitəsinə yeni sədr təyin edilib
“Unibank” Kommersiya Bankı ASC-nin Audit Komitəsinə yeni sədr təyin olunub.
Bankın səhmdarlarının qərarı ilə Vladimir Aleksandroviç Urbanskiy bu vəzifəyə təyin edilib.
Qeyd edək ki, Vladimir Urbanskiy bu il avqustun 3-də bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının qərarı ilə Müşahidə Şurasının müstəqil üzvü təyin olunub.
O, bank-maliyyə sektorunda uzunmüddətli təcrübəyə malikdir və bir sıra maliyyə qurumlarında rəhbər vəzifələrdə çalışıb. Vladimir Urbanskiy Lomonosov adına Moskva Dövlət Universitetinin məzunudur. (Plat)


