ABB səhmdarlarına dividend ödənişi başa çatdı
ABB səhmdarlarına Bankın 2025-ci il üzrə mənfəətindən dividend ödənişi dünən başa çatıb.
ABB səhmdarlarının 7 may 2026-cı il tarixində keçirilən Ümumi Yığıncağında səhmdarlara ötən ilin mənfəətindən 200 milyon manat dividend ödənilməsinə qərar verilmişdi. Bu məbləğin 184 milyon manatı ABB-nin əsas səhmdarı olan dövlətə, qalan hissəsi isə (16 milyon manat;) Bankın onminlərlə digər səhmdarına aiddir.
Əvvəlki illərdə olduğu kimi bu il də dividend məbləği səhmdarların bank hesablarına köçürülüb. ABB səhmdarları Bankın ötənilki mənfəətindən bu il də nominal qiymətdən 15.6% dividend gəliri qazanıblar.
Qeyd edək ki, bununla ABB ardıcıl olaraq səhmdarlarına 8-ci ildir ki, yüksək dividendlər ödəyir.


