Agentlik tərəfindən 37 yeni ortopedik ayaqqabı modeli hazırlanıb
Agentlik tərəfindən 37 yeni ortopedik ayaqqabı modeli hazırlanıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev 2025-ci ilin yekunları və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.
O qeyd edib ki, bu ayaqqabılar mağazalarda satılan müasir ayaqqabılardan fərqlənmir: “Əlilliyi olan şəxslər, o cümlədən uşaqlar müraciət edərək bu ayaqqabılardan alıb rahat şəkildə istifadə edə bilərlər”.

