"Apple" buna görə ABŞ-də lider oldu

"Apple" buna görə ABŞ-də lider oldu

"Apple" şirkəti 2024-cü ildə ən yaxşı idarə olunan ABŞ şirkətləri siyahısına başçılıq edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Drucker" institutu tərəfindən tərtib edilən ən yaxşı menecmentə malik Amerika şirkətlərinin "Management Top 250" reytinqində deyilir.

Bu il ikinci yerdə "Nvidia", üçüncü yerdə "Microsoft", dördüncü yerdə isə "Intel" qərarlaşıb.

Siyahıda ilk onluqdan 6-sı texnoloji şirkətlərdir.

İlk onluğa həmçinin "Mastercard", "Johnson & Johnson", "Procter & Gamble", "Philip Morris International" daxildir.

"Apple" nəinki reytinqdə birinci olub, həm də hər bir kateqoriya üzrə şirkətlərin ilk 15%-də yer alan yeganə tədqiqat iştirakçısı olub.

Bu il maliyyə baxımından ən sabit üç şirkət "Nvidia", "Apple" və "Microsoft" olub.